ABŞ-da 33 il həbsdə olan adamın günahsızlığı aşkarlandı
ABŞ məhkəməsi 1990-cı ildə iki yeniyetmənin yaralandığı hücuma görə adam öldürməyə cəhd ittihamı ilə 33 il həbs cəzasına məhkum edilən Daniel Saldananın günahkar olmadığına qərar verib.
İnformator.az qərb mediasına istinadən xəbər verir ki, ABŞ-ın Los-Anceles Məhkəməsində dünən keçirilən iclasda hücumla bağlı yeni detallar üzə çıxıb. Məhkəmənin sonunda Saldananın günahsız olduğu qərara alınıb.
Qərardan xoşbəxt olduğunu dilə gətirən Saldana "Hər gün günahsız olduğunu bilə-bilə oyanmaq, kameraya qapanaraq kömək çağırmaq çox çətin idi" deyib.
Qeyd edək ki, 1990-cı ildə Los-Ancelesdə dəstə üzvü olduqlarını zənn edərək avtomobildə olan 6 gəncə atəş açılıb və hücumda iki gənc yaralanıb. Saldana hadisədən sonra həbs edilib və 45 il müddətinə azadlıqdan məhrum edilib.
