ABŞ-da bir evdə 4 nəfər ölü tapıldı
ABŞ-ın Aydaho ştatında bir evdə 4 nəfərin meyiti tapılıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Kelloq ştatında kilsə yaxınlığında atışma olub. Hadisə yerinə gedən polis bir evdə 4 nəfərin cansız cəsədinin tapıldığını açıqlayıb. Açıqlamada hadisə ilə bağlı araşdırma başlanıldığı və bir şübhəlinin nəzarətə alındığı deyilib.
Yerli televiziya nəzarətə götürülən şübhəlinin 31 yaşında olduğunu bildirib. Televiziya kanalında ev sakinləri ilə qonşular arasında fikir ayrılığının olduğunu iddia ediblər.
Şəbnəm
