00:00:00
Yazar
Admin User
19.06.2023 14:27 310 1 dəq oxuma
Dünya

ABŞ-da bir gündə 3 silahlı insident

ABŞ-da bir gündə 3 silahlı insident

Ötən gün ABŞ-ın İllinoys, Missuri və Vaşinqton ştatlarında 3 nəfərin vəfat etdiyi və 31 nəfərin yaralandığı silahlı hücumlar baş verib.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, atışmalar 1865-ci ildə köləliyin ləğvinin ildönümü kimi qeyd olunan "On İyun" hadisəsi zamanı baş verib. Yüzlərlə insan İllinoys ştatında bir ticarət mərkəzinin qarşısında toplaşan izdiham atəşə tutulub. 

 

Vaşinqton ştatında isə musiqi festivalında2 nəfərin ölümü, 3 nəfərin yralanması ilə nəticələnən atışma baş verib. Təcavüzkarın düşərgə quranlara təsadüfən atəş açdığı bildirilib. 

 

Digər bir silahlı hücum Missuri ştatında baş verib. Bazar günü səhər saatlarında 18 yaşından kiçik 9 nəfər açılan atəş nəticəsində yaralanıb, bir uşaq isə həlak olub. Polis hücumun səbəbini araşdırır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər