ABŞ-da depressiya diaqnozu qoyulan insanların sayı artıb - Araşdırma
ABŞ-da ən azı bir dəfə depressiya diaqnozu qoyulmuş böyüklərin sayı səkkiz il ərzində 29 faizə çatıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, “Gallup” tədqiqat şirkəti ABŞ-da 5167 yetişkin arasında araşdırma aparıb. İştirakçılara "hazırda depressiyadan müalicə olunub-olunmadıqları və həyatlarının hər hansı bir nöqtəsində onlara depressiya diaqnozu qoyulub qoyulmadığı" soruşulub.
Araşdırmanın nəticələrinə görə, hazırda ABŞ-da depressiyadan müalicə alan böyüklərin nisbəti 2015-ci illə müqayisədə təxminən 7 faiz artaraq 17,8-ə çatıb. Qadınlarda depressiya nisbəti ən az bir dəfə artaraq yüzdə 36,7 ikən, kişilərdə bu nisbət yüzdə 20,4 olaraq müəyyənləşib.
ABŞ-da ən azı bir dəfə depressiya diaqnozu qoyulmuş böyüklərin nisbəti 29 faizə yüksəlib və qadınlarda depressiya nisbəti 2017-ci ildən bəri kişilərlə müqayisədə təxminən iki dəfə artıb.
Araşdırmada depressiya diaqnozunun 18-29 yaşlarında yüzdə 34,3, 30-44 yaşlarında isə 34,9 faiz olduğu, 44 yaşdan yuxarılarda isə bu nisbətin daha aşağı olduğu ortaya çıxıb.
Qeyd edək ki, ABŞ-da KOVİD-19 epidemiyası zamanı qapanmalar, məhdudiyyətlər və yoluxma qorxusu nəticəsində klinik depressiya hallarının sayında sürətlə artım olduğu bildirilir.
