00:00:00
Yazar
Admin User
07.06.2023 14:24 309 1 dəq oxuma
Dünya

ABŞ-da hər 11 dəqiqədə bir nəfər silahlı zorakılıqdan həlak oldu

ABŞ-da hər 11 dəqiqədə bir nəfər silahlı zorakılıqdan həlak oldu

Johns Hopkins Silah Zorakılığı Həllləri Mərkəzi tərəfindən hazırlanan 2021-ci ildə ABŞ-da Silah Zorakılığı ilə bağlı hesabata görə, ölkədə silahlı zorakılıq nəticəsində ölənlərin sayı 1995-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da 2021-ci ildə silahlı zorakılıq nəticəsində gündəlik ölənlərin sayının təxminən 134 olduğuna diqqət çəkilib. Sözügedən hesabatda eyni səbəbdən hər 11 dəqiqədə bir nəfərin öldüyü qeyd edilib.

 

Eyni zamanda zorakılıq səbəbiylə ölkədə can itkisi əvvəlki ilə nisbətən 3 min 600 artaraq 48 min 830 min nəfərə çatıb.

 

Hesabatda 20 min 958 nəfərin silahlı qətlin qurbanı olduğu, 26 min 328 nəfərin isə tüfənglə intihar etdiyi qeyd edilib. ABŞ-da 2020-ci illə müqayisədə tüfənglə intihar hallarında 8,3 faiz, silahla qətlə yetirmələrdə isə 7,6 faiz artım qeydə alınıb.

 

Qeyd edək ki, hesabatda qaradərililərin digər qruplara nisbətən 14 dəfə çox silahlı zorakılıq nəticəsində həyatını itirdiyi vurğulanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər