00:00:00
Yazar
Admin User
04.07.2023 05:08 295 1 dəq oxuma
Dünya

ABŞ-da silahlı hücum: 4 ölü, 4 yaralı

ABŞ-da silahlı hücum: 4 ölü, 4 yaralı

ABŞ-da yenidən atışma baş verib. Filadelfiya şəhərində bir nəfərin ətrafa təsadüfi atəş açması nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

 

İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, hücumla bağlı bir nəfərin saxlanıldığı açıqlanıb. Bildirilib ki, şübhəli şəxs gülləkeçirməz jilet geyinib, üzərində tüfəng və tapança olub. Hücumun hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.

 

Xatırladaq ki, ötən gün də ABŞ-da silahlı hücum olmuşdu. Bu silahlı hücum 3-ü ağır olmaqla 28 nəfərin yaralanması, 2 nəfərin isə ölümü ilə nəticələnmişdi. ABŞ silahlı hücumların artığı ölkələrdən biridir. 

 

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər