00:00:00
Yazar
Admin User
18.05.2023 16:17 271 1 dəq oxuma
Dünya

ABŞ-dan Rusiyaya yeni sanksiyalar siqnalı

ABŞ-dan Rusiyaya yeni sanksiyalar siqnalı

Yaponiyada keçiriləcək G7 sammitindən əvvəl ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayacaqlarına işarə edib.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, cümə günündən bazar gününə kimi Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 sammiti ərəfəsində ABŞ hökuməti Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayacağına işarə edib. ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan G7 bəyannaməsinə uyğun olaraq sanksiyalar paketini açıqlayacaqlarını bildirib. Sallivan bəyan edib ki, sammitin bəyannaməsində əsas diqqət mövcud cəza tədbirlərinin həyata keçirilməsinə yönələcək.

 

Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi son açıqlamasında Rusiya ilə İran arasında silah ticarəti ilə məşğul olanlara qarşı yeni sanksiyalar tətbiq edəcəklərini bildirib. ABŞ hesab edir ki, İran Moskvanın hərbi dəstəkçiləri arasındadır və Rusiyanı irimiqyaslı PUA ilə təchiz edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər