00:00:00
Yazar
Admin User
18.04.2025 16:57 132 1 dəq oxuma
Dünya

ABŞ-dən Ukrayna açıqlaması

ABŞ-dən Ukrayna açıqlaması

ABŞ Dövlət Katibi Marko Rubio Ukraynada atəşkəsin “real tətbiq olunması” ilə bağlı qərarın bir neçə gün ərzində veriləcəyini bildirib.

 


Rubio Fransanın paytaxtı Parisdə yerləşən Le Burget Hava Limanında Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi ilə keçirilən Ukrayna zirvəsinə dair açıqlama verib. O bildirib ki, qısa müddətdə atəşkəsin həyata keçirilib-keçirilməyəcəyini müəyyən etməliyik. Əgər bu mümkün olmazsa, yolumuza başqa şəkildə davam edəcəyik.

Kreml və Kiyev rəhbərlikləri arasında sülhün əldə olunmaması halında ABŞ-nin başqa məsələlərə yönələcəyini deyən Rubio Avropa ölkələrinin aparılan danışıqlarda konstruktiv davrandığını və gələcək müzakirələrdə də iştirak etməkdə maraqlı olduqlarını vurğulayıb.


Fransız rəsmiləri isə danışıqları öz baxış bucaqlarından “mükəmməl” adlandırıb və gələn həftə Londonda daha bir zirvənin keçiriləcəyini açıqlayıblar.

ABŞ-nin üç ildir Kiyev rəhbərliyinə dəstək verdiyini xatırladan Rubio danışıqların davam edəcəyini və Avropa ölkələrinin həll yolunun tapılmasında faydalı rol oynaya biləcəyini qeyd edib. O, Avropa ölkələrinin Rusiyaya tətbiq edilən sanksiyaları aradan qaldırmağı nəzərdən keçirməsini ümid etdiyini də əlavə edib:
“Rusiyaya qarşı sanksiyaların böyük hissəsi Avropa ölkələri tərəfindən tətbiq olunub. Biz onların yerinə bu sanksiyaları ləğv edə bilmərik”.

 


Mənbə: Haber Global
Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər