00:00:00
Yazar
Admin User
18.12.2025 16:37 80 1 dəq oxuma
Dünya

ABŞ ilə danışıqlara hazırlaşırıq

ABŞ ilə danışıqlara hazırlaşırıq

Rusiya ABŞ ilə təmaslar qurmağa hazırlaşır. Məqsəd ABŞ Prezidenti Donald Trampın sülh planının Ukrayna ilə razılaşdırıldıqdan sonra nə dərəcədə dəyişdiyini öyrənməkdir.


"İnformator.az" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Onun sözlərinə görə, son iki həftə ərzində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun rəhbərliyi ilə nümayəndə heyəti Avropa ölkələri və Ukrayna arasında intensiv məsləhətləşmələr aparılıb. Ukrayna Prezidenti Vladimir Zelenski də bu prosesdə iştirak edib.

 

"Görək, bu tezislər toplusunda nə baş verib. Onun nə qədər dəyişdiyini anlamaq üçün biz hazırda amerikalılarla müvafiq təmasları hazırlayırıq", – Peskov vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər