ABŞ-İran danışıqları bu ölkədə davam edəcək
ABŞ və İran arasında danışıqlar şənbə günü İtaliyanın paytaxtı Romada davam edəcək.
"İnformator.az" "Publika.az"a istinadən xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Bildirilib ki, Vaşinqton və Tehran nümayəndə heyətləri arasında nüvə sazişi üzrə danışıqlar Romada davam etdiriləcək. İkinci mərhələ Romada keçirilsə də, masa arxasında Oman rəsmiləri də olacaq.
Qeyd edək ki, ötən həftəsonu keçirilən görüşdə ABŞ-ı prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, İranı isə xarici işlər naziri Abbas Əraqçi təmsil edib.