00:00:00
Yazar
Zəhra Həsənova
07.10.2026 18:46 45 2 dəq oxuma
Siyasət

“ABŞ İranla müharibəyə deyil, iqtisadi maraqlarını təmin etməyə çalışacaq”. - ŞƏRH

“ABŞ İranla müharibəyə deyil, iqtisadi maraqlarını təmin etməyə çalışacaq”. - ŞƏRH

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların İran neftinə ehtiyacı olmadığını deyib.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin İran neftinə ehtiyacının olmaması reallığı əks etdirir:


“Amerika Birləşmiş Ştatları Venesuela neftini əldə etdikdən sonra, Nicolas Maduronu hakimiyyətdən devirdikdən sonra İran neftinə bəli, ABŞ-də ehtiyac yoxdur. Çünki nəzərə alaq ki, Venesuela dünyada neft ehtiyatlarına görə ən zəngin ölkədir və belə olan halda ABŞ üçün daha sərfəlidir ki, öz yaxınında olan Venesuela neftini əldə etsin, nəinki, özündən xeyli uzaq məsafədə yerləşən İran neftini. Hazırda ABŞ-nin onsuz da müharibə aparmadan Venesuelanın neft yataqlarına sahib olmaq imkanı var ki, sahib də olub.”

 

Politoloqun sözlərinə görə, bu vəziyyət İrana qarşı sərt siyasəti müəyyən dərəcədə artıra bilsə də, genişmiqyaslı müharibə gözlənilmir:

 

“Nəzərə alaq ki, Tramp Administrasiyası daha çox iqtisadi maraqları güdür və belə olan halda güman etmirəm ki, ABŞ hər vəchlə İranda müharibə aparmağa səy göstərəcək. Çalışacaq ki, maksimum şəkildə İrandan istədiyi iqtisadi maraqları təmin etsin. Çünki İran böyük bir ölkədir. Nefti var, qazı var, yeraltı sərvətlərlə olduqca zəngin olan bir ölkədir. Sözsüz ki, ABŞ üçün də öz cəlbediciliyini hələki itirməyib. Və çalışacaqlar ki, bununla bağlı hər hansı bir formada razılıq əldə etməyə çalışsınlar.”

 

Nəticə etibarilə, ABŞ İran neftindən imtina etməklə iqtisadi təzyiqləri artırsa da, bu gərginliyin böyük müharibəyə çevriləcəyi gözlənilmir. ABŞ İrana qarşı sanksiya və iqtisadi təzyiqləri davam etdirsə də, ara seçkilər fonunda daxili riski azaltmaq üçün hərbi yola deyil, iqtisadi razılaşmalar formatına üstünlük verəcək.

#“abş #xəbər #yeni #çalışacaq”. #müharibəyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər