00:00:00
Yazar
Aise Mustafayeva
27.11.2026 00:32 74 1 dəq oxuma
Siyasət

Siyasi şərhçi: "Bakı Bəyannaməsi siyasi dialoqun və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır"

 

Siyasi şərhçi: "Bakı Bəyannaməsi siyasi dialoqun və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır"

Bakı Bəyannaməsinin qəbul edilməsi iştirakçı ölkələr arasında siyasi dialoqun, qarşılıqlı etimadın və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sənəd ortaq yanaşmaların müəyyənləşdirilməsi, regional və beynəlxalq məsələlərdə koordinasiyanın artırılması, eləcə də gələcək əməkdaşlığın prioritetlərinin formalaşdırılması üçün siyasi platforma rolunu oynayır.

 

 

Mövzu ilə bağlı "Informator.az"a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, bəyannamədə əsas diqqət əməkdaşlığın əsas istiqamətlərinə yönəlir:

 

"Bəyannamədə əsas diqqət qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik, iqtisadi və nəqliyyat bağlantıları, enerji, rəqəmsal inkişaf və beynəlxalq münasibətlərdə dialoqun gücləndirilməsi kimi istiqamətlərə yönəlir. Bu məsələlər müasir geosiyasi şəraitdə ölkələr arasında əməkdaşlığın daha praktik və davamlı xarakter almasına xidmət edir". 

 

 

Zeynal Əmrəliyev bəyannamənin qəbulunun məhz Bakıda baş tutmasının xüsusi əhəmiyyətinə də toxunub:

 

"Bakı Bəyannaməsinin qəbulunun xüsusi əhəmiyyəti isə onun beynəlxalq əməkdaşlıq təşəbbüslərinin Bakıda müzakirə olunaraq ortaq sənəddə ifadə edilməsidir". 

 

Onun sözlərinə görə, bu hal Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq platformalarının təşkilində iştirakını, diplomatik əlaqələrinin genişlənməsini və müxtəlif tərəfdaşlar arasında ortaq mövqelərin formalaşdırılmasına verdiyi töhfəni göstərir.

 

Sevanə Pənahova

#mühüm #daşıyır" #"bakı #əhəmiyyət #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər