ABŞ İŞİD-ə qarşı əməliyyatdan sonra Nigeriyadan qoşunlarını çıxarıb
ABŞ Nigeriyada İŞİD-ə qarşı yerləşdirdiyi qüvvələrin əksəriyyətini geri çəkib.
"İnfornator.az" “Reuters“a istinadən xəbər verir ki, bunu ABŞ-nin Afrika Komandanlığının (AFRICOM) rəhbəri Daqvin Anderson deyib.
Onun sözlərinə görə, hazırda ABŞ Nigeriyanın xahişi ilə kəşfiyyat dəstəyi verir.
Anderson ABŞ-nin Nigeriya ilə əməkdaşlığı sayəsində İŞİD-in Afrikadakı mövcudluğunun ciddi şəkildə deqradasiyaya uğradığını vurğulayıb.
Qeyd edək ki, may ayında ABŞ və Nigeriya qüvvələri ölkənin şimal-şərqində hərbi əməliyyatlar keçirib və nəticədə İŞİD-in qlobal miqyasda ikinci komandiri olan Əbu-Bilal əl-Minuki öldürülüb.