00:00:00
Yazar
Admin User
19.12.2025 14:24 107 2 dəq oxuma
Dünya

ABŞ-nin Avrasiya siyasətində TRIPP və Azərbaycanın strateji rolu

ABŞ-nin Avrasiya siyasətində TRIPP və Azərbaycanın strateji rolu

ABŞ-nin yeni strateji landşaftında Avrasiya regionunun artan geosiyasi və iqtisadi əhəmiyyəti kommunikasiya və nəqliyyat layihələrini ön plana çıxarır. Məhz bu baxımdan “TRIPP” layihəsinin regionlararası əlaqələrin gücləndirilməsində oynadığı rol Vaşinqtonda müzakirə mövzusuna çevrilib. Amerika-Azərbaycan Ticarət Palatasında keçirilən “TRIPP – ABŞ-nin yeni strateji landşaftında Avrasiya kommunikasiyası” mövzusunda dəyirmi masa layihənin perspektivləri, regional əməkdaşlığa təsiri və qarşıdakı imkanlar ətrafında fikir mübadiləsi aparmaq üçün mühüm platforma olub.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, TRIPP layihəsi ABŞ-nin Avrasiya regionunda təhlükəsiz, alternativ və daha sabit kommunikasiya-nəqliyyat marşrutları yaratmaq məqsədinə xidmət edir:

 

"Layihə Vaşinqtona Rusiya və Çin üzərindən keçən ənənəvi xəttlərə alternativ formalaşdırmaq, ticarət və enerji axınlarını şaxələndirmək və regiondakı təsir imkanlarını artırmaq imkanı verir. Avrasiya məkanında uzun illər mövcud olan kommunikasiya boşluqları- xüsusilə də siyasi risklərə həssas olan Rusiya və İran marşrutları - TRIPP çərçivəsində daha təhlükəsiz Xəzər - Cənubi Qafqaz xətti ilə kompensasiya olunur. Layihə həm də rəqəmsal və logistika infrastrukturunun yenilənməsi, tranzit imkanlarının genişləndirilməsi və Şərq-Qərb ticarət axınının dayanıqlı əsaslara oturdulması baxımından boşluqları doldurur. Azərbaycan TRIPP üçün ən strateji mövqelərdən birində dayanır. Orta Dəhlizin mərkəzi ölkəsi kimi Ələt limanı, BTQ xətti və Azad İqtisadi Zona layihəyə hazır infrastruktur bazası yaradır. Enerji resursları, Cənubi Qafqazda sabitlikdə oynadığı rol və balanslaşdırılmış xarici siyasəti Azərbaycanı TRIPP-in həm logistika, həm enerji təhlükəsizliyi, həm də regional əməkdaşlıq baxımından əsas tərəfdaşına çevirir".

 

 

Xumar Emilqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər