00:00:00
Yazar
Nərmin Həşimova
18.11.2026 15:36 209 1 dəq oxuma
Siyasət

ABŞ-nin minatəmizləmə prosesinə dəstəyi hansı istiqamətləri əhatə etməlidir?- AÇIQLAMA

ABŞ-nin minatəmizləmə prosesinə dəstəyi hansı istiqamətləri əhatə etməlidir?- AÇIQLAMA

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə işlərinin sürətləndirilməsi beynəlxalq dəstəyin artırılmasını zəruri edir. Bu prosesdə ABŞ-nin maliyyə yardımı ilə yanaşı, texnoloji və texniki dəstəyi də mühüm əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ-nin minatəmizləmə prosesinə dəstəyi müasir texnologiyaların tətbiqini, yerli mütəxəssislərin hazırlanmasını və beynəlxalq əməkdaşlığın genişləndirilməsini əhatə etməlidir:

 

“ABŞ-nin dəstəyi yalnız maliyyə yardımı ilə məhdudlaşmamalıdır. Müasir minaaxtaran avadanlıqlar, pilotsuz uçuş aparatları, süni intellekt əsaslı xəritələşdirmə sistemləri və xüsusi texnikalar bu prosesin səmərəliliyini artıra bilər. Eyni zamanda, yerli mütəxəssislərin hazırlanması, texnologiyaların ötürülməsi və avadanlıqların texniki xidmətinin təşkili də vacibdir. Beynəlxalq tərəfdaşların iştirakını artırmaq üçün mina probleminin qlobal humanitar məsələ kimi gündəmdə saxlanılması, donor ölkələrlə konkret layihələrin hazırlanması və BMT çərçivəsində əməkdaşlığın genişləndirilməsi lazımdır. Azərbaycanın bu sahədə beynəlxalq konfranslara ev sahibliyi etməsi də problemin diqqətdə saxlanılması baxımından əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, 2020-ci ildən bəri minatəmizləmə işlərinə təxminən 590 milyon dollar vəsait ayrılıb və bunun yalnız 4 faizi beynəlxalq dəstək hesabına təmin olunub. Bu fakt beynəlxalq yardımın artırılmasına ehtiyac olduğunu göstərir”.

 

Güllüzar Nəbili

#əhatə #gündəm #minatəmizləmə #xəbər #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər