00:00:00
Yazar
Admin User
22.12.2025 14:38 85 1 dəq oxuma
Dünya

ABŞ-nin Qrenlandiyaya xüsusi elçi təyin etməsi Danimarkada etiraz doğurub

ABŞ-nin Qrenlandiyaya xüsusi elçi təyin etməsi Danimarkada etiraz doğurub

Danimarka Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi elçi təyin etmək qərarı ilə əlaqədar bu ölkənin səfiri Ken Houeri XİN-ə çağırmağı planlaşdırır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə XİN rəhbəri Lars Lekke Rasmussen "TV 2" telekanalına verdiyi müsahibədə deyib.

 

"Biz yaxın zamanda ABŞ səfirini Xarici İşlər Nazirliyinə çağıracağıq", - nazir bildirib.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Luiziana qubernatoru Ceff Lendrini Qrenlandiyada xüsusi elçi təyin etdiyini elan edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər