00:00:00
Yazar
Admin User
19.12.2025 09:36 85 1 dəq oxuma
Dünya

ABŞ Pekinlə münasibətlərin qurulmasına daha obyektiv yanaşmalıdır

ABŞ Pekinlə münasibətlərin qurulmasına daha obyektiv yanaşmalıdır

Çin hökuməti ABŞ-nin rəsmi Pekinə aid olan və Vaşinqtonun müdafiə qanun layihəsində əks olunan “mənfi müddəaların” həyata keçirilməsindən imtinaya çağırıb.

 

“İnformator.az” “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun brifinqdə deyib.

 

Pekin sənəddə verilən qiymətləndirməyə “narazılıq və qəti etiraz” bildirib və Vaşinqtona dəfələrlə rəsmi etiraz notaları göndərilib.

 

Q.Tszyakun qeyd edib ki, ABŞ Senatı tərəfindən təsdiqlənən 2026-cı il üçün milli müdafiə qanunu Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına zərər vurur.

 

O vurğulayıb ki, Birləşmiş Ştatlar Pekinlə münasibətlərin qurulmasına daha obyektiv yanaşmalıdır: “Çin öz maraqlarını qorumaq üçün qəti addımlar atmağa hazırdır”. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər