ABŞ Prezidenti İrana qarşı əməliyyata görə Çinə səfərinin təxirə salınacağını güman edir
ABŞ Prezidenti Donald Tramp martın sonu və ya aprelin əvvəlində Çinə planlaşdırılan səfərinin İrana qarşı hərbi əməliyyat səbəbindən təxirə salına biləcəyini bildirib.
"İnformator.az" xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Bilmirəm, hazırda bunun üzərində işləyirik", - Tramp səfərin planlaşdırıldığından erkən baş tutması ehtimalını şərh edərkən bildirib.
ABŞ liderinin sözlərinə görə, məsələ Çin tərəfi ilə müzakirə olunur.
"Çinə səfər etməyi çox istərdim. Amma müharibə səbəbindən burada olmaq istəyirəm və düşünürəm ki, burada olmalıyam", - o qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton artıq səfərin təxminən bir ay təxirə salınmasını istəyib.