ABŞ Prezidenti: İranı bir günə məhv edə bilərdim
ABŞ İranı bir gün ərzində tam məhv edə bilər.
"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”-a müsahibəsində bildirib.
“İranı bir günə məhv edə bilərdim. Bir saat ərzində onların bütün enerji sistemini - hər şeyi, bütün elektrik stansiyalarını sıradan çıxara bilərdim. Ancaq bu, çox ciddi məsələdir”, - deyə Donald Tramp vurğulayıb.