ABŞ-Rusiya danışıqlarında Avropanın təhlükəsizlik məsələsi: Yeni razılaşma mümkündürmü?
ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif istəyib. Bu barədə “Axios” nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Vaşinqtonun təşəbbüsü Ukraynada müharibənin başa çatdırılmasına dair daha geniş razılaşmanın tərkib hissəsidir. ABŞ tərəfi Moskvadan öz təhlükəsizlik tələbləri ilə yanaşı, Avropada gərginliyin azaldılması və gələcək hərbi qarşıdurmaların qarşısının alınması üçün atmağa hazır olduğu addımları da təqdim etməsini istəyib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, ABŞ-ın Rusiyanın təhlükəsizlik tələblərinə münasibətdə sərgilədiyi mövqe Vaşinqtonun Moskvanı danışıqlar masasında saxlamaq və gələcəkdə Rusiya ilə bağlı məsələlərdə öz maraqlarını təmin etmək cəhdi ilə əlaqədardır:
“Amerika Birləşmiş Ştatları maksimum şəkildə çalışır ki, Rusiyanı masada tutsun və gələcəkdə Rusiya ilə bağlı məsələlərdə maraqlarını təmin edə bilsin. Rusiyanın müəyyən istəklərini qəbul etməklə, həmçinin özünün də Rusiyadan alacaqlarını legitimləşdirsin və bu istiqamətdə də məhz Rusiyaya müəyyən rezonanslar etməyə çalışır. Rusiya ilə ABŞ arasında yeni bir güc balansı yaratmaq deyil məncə. Bu daha çox Rusiyanın müəyyən qədər istəklərinə diqqətlə yanaşmanı göstərməklə Rusiyadan öz maraqları üçün lazım olan anlaşmanı gələcək həll etməyə çalışır. Çünki Rusiya tərəfi təxminən il yarım öncə Amerika Birləşmiş Ştatları ilə danışıqlarda Putin dilindən kifayət qədər ciddi şəkildə bildirilib. Amerika Birləşmiş Ştatları Rusiyanın Avropada istəklərini həyata keçirməsində maraqlı olsun”.
Politoloq, həmçinin Rusiyanın Avropadakı mövqeyinə və regional güc balansına dair gözləntilərinə diqqət çəkib. Onun sözlərinə görə, Moskva İkinci Dünya müharibəsindən sonra formalaşmış güc balansının qorunmasını və Avropanın şərq hissəsinin öz təsir dairəsində qalmasını istəyir. Lakin bu yanaşmanın nə Avropa ölkələri, nə də ABŞ tərəfindən qəbul edilməsi real görünür:
“Amerika Birləşmiş Ştatlarının Rusiyanın təhlükəsizlik qərarları ilə bağlı sərgilədiyi mövqe normaldır. Şübhəsiz ki, Amerika Birləşmiş Ştatları maksimum şəkildə çalışır ki, Rusiyanı masada tutsun və gələcəkdə Rusiya ilə bağlı məsələlərdə maraqlarını təmin edə bilsin. Yəni Rusiyanın müəyyən istəklərini qəbul etməklə, həmçinin özünün də Rusiyadan alacaqlarını legitimləşdirsin və bu istiqamətdə də məhz Rusiyaya müəyyən rezonanslar etməyə çalışır. Rusiya ilə ABŞ arasında yeni bir güc balansı yaratmaq deyil məncə. Bu daha çox Rusiyanın müəyyən qədər istəklərinə diqqətlə yanaşmanı göstərməklə Rusiyadan öz maraqları üçün lazım olan anlaşmanı gələcək həll etməyə çalışır. Çünki Rusiya tərəfi təxminən il yarım öncə Amerika Birləşmiş Ştatları ilə danışıqlarda Putin dilindən kifayət qədər ciddi şəkildə bildirilib. Amerika Birləşmiş Ştatları Rusiyanın Avropada istəklərini həyata keçirməsində maraqlı olsun. Belə ki, Rusiya çalışır ki, İkinci Dünya Müharibəsindən sonra mövcud olan güc balansı qorunsun və Avropanın şərq hissəsi onun təsir zonasında olsun, amma şübhəsiz ki, buna nə Avropa ölkələri, nə də Amerika razı olmazlar”.
Oqtay Qasımov, həmçinin ABŞ-ın Avropanın danışıqlar prosesində iştirakına çalışdığını vurğulayıb. Politoloqun fikrincə, mövcud üçtərəfli danışıqların gələcəkdə dördtərəfli formata keçməsi mümkündür. Avropanın prosesə qoşulması həm regional təhlükəsizlik, həm də Ukraynadakı müharibənin həlli baxımından mühüm əhəmiyyət daşıyır:
“Üçtərəfli danışıqlar, dördtərəfli danışıqlara keçə bilər. Belə ki, Avropanın bu prosesə qoşulması şübhəsiz ki, Rusiyanın marağındadır. Rusiya hesab edir ki, Avropa savaşın davam etməsində maraqlıdır. Bunu da onunla əsaslandırır ki, Avropa ölkələri son bir ildə faktiki olaraq Ukraynanın müdafiəsini öz üzərinə götürüb. Amma hazırda Avropanın özündə də Ukraynaya yardım ilə bağlı müəyyən fikir ayrılıqları var ki, bu da Rusiya bundan istifadə etməyə çalışır. Əgər Rusiya Avropanın masada olmasına razılaşmasa, hesab edirəm ki, bu zaman Ukraynanın maraqlarına daha çox uyğun şəraitin yaranması anlamına gələ bilər. O baxımdan Rusiya bunu istəmir. Amma bütün hallarda hesab edirəm ki, son nəticədə Avropa masaya oturmalıdır. Çünki Avropa bunu istəyir və özünün gələcək dünya düzənində qlobal aktyorlardan biri kimi qalmağa davam etməsinə çalışır”.
Ayşə Cəfərova