00:00:00
Yazar
Zəhra Həsənova
12.11.2026 22:54 30 2 dəq oxuma
Siyasət

Ben-Menaxem: ABŞ İrana zərbə endirməsə, İsrail təkbaşına hərəkətə keçə bilər

Ben-Menaxem: ABŞ İrana zərbə endirməsə, İsrail təkbaşına hərəkətə keçə bilər

ABŞ-nin İrana qarşı hərbi müdaxilə ehtimalı yenidən gündəmə gəlib. Vaşinqtonun ehtiyatlı mövqeyinə baxmayaraq, İsraildə Tehranın nüvə proqramına qarşı hərbi əməliyyatın zəruriliyi müzakirə olunur. Analitiklər isə ABŞ-nin qərarından asılı olaraq İsrailin İrana qarşı təkbaşına hərəkət edə biləcəyini istisna etmirlər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Vaqif Hüseyn bildirib ki, demokratların qələbəsi Trampın xüsusilə İsraillə bağlı planlarına təsir etsə də, Ukrayna məsələsində ABŞ administrasiyasının Rusiyaya meyilli mövqeyi dəyişməz qalır.

 

“Trampın planlarını Demokratların qələbəsi müəyyən qədər, xüsusilə də İsraillə bağlı məsələlərdə pozduğunu demək olar. Lakin Ukrayna məsələsində proseslərin tam sürətlə davam etdiyini görürük. Trampın kürəkəni və ən yaxın müşavirlərindən biri olan Stiv Uitkoff artıq Moskvadadır. ABŞ Ukrayna torpaqlarını hansısa naməlum məqsədlər naminə güzəştə getməyə belə hazır görünür. Çünki Ukraynanın silah və sursat təminatında əsas güc ABŞ-nin əlindədir. Lakin bu gün ABŞ-də Rusiyanın hazırkı rəhbərliyinə müəyyən simpatiya bəsləyən administrasiya hakimiyyətdədir”. 

 

Ekspert qeyd edir ki, İsraillə bağlı məsələyə gəlincə, İranla gərginlik onsuz da uzun müddətdir səngiyib. Bundan sonra vəziyyətin yenidən ən yüksək gərginlik həddinə çatması üçün yeni danışıqlar və görüşlər keçirilməlidir. Bu görüşlər zamanı, məsələn, İran nüvə proqramından imtina etməyəcəyini bəyan edə bilər ki, bu da yeni münaqişənin alovlanmasına səbəb ola bilər. Hələlik isə tərəflərin heç birindən gərginliyi artıracaq açıqlama səslənməyib. Buna görə də ABŞ-nin bu məsələdə ehtiyatlı davranmasını başa düşmək lazımdır.

 

Vaqif Hüseynin sözlərinə görə, İsrailin İrana qarşı təkbaşına hərbi əməliyyat keçirməsi ehtimalı isə nisbətən azdır. İsrail daha çox İranın ayrı-ayrı dövlət rəsmilərinə qarşı sui-qəsdlər təşkil edir və ya müəyyən obyektlərə hava zərbələri endirir. Lakin ilk əməliyyatların nəticələri göstərdi ki, bu cür addımlarla İranı İsrailin istədiyi istiqamətə yönəltmək mümkün deyil. Görünən odur ki, İrandakı siyasi sistem İsrail və ABŞ-nin gözlədiyindən daha möhkəm və dayanıqlı çıxıb.

 

Siyasi şərhçi hesab edir ki, ABŞ-nin İsrailə hərbi yardım siyasəti yeni formalaşmış siyasət deyil. ABŞ-İsrail hərbi əməkdaşlığının kökləri ötən əsrin 50–60-cı illərinə gedib çıxır. İki ölkə arasında uzun illər ərzində formalaşmış hərbi yardım və müttəfiqlik münasibətləri mövcuddur. Buna görə də hazırkı siyasi proseslərin ABŞ-nin İsrailə hərbi yardım siyasətinə əhəmiyyətli dərəcədə təsir edəcəyini düşünmürəm. ABŞ hər zaman İsrailə dəstək verən və onun təhlükəsizliyinin arxasında dayanan əsas dövlətlərdən biri olub.

Arzum Ağazadə

#i̇rana #keçə #zərbə #hərəkətə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər