ABŞ Rusiya ilə görüşümüzü təklif edib
ABŞ Ukrayna və Rusiya nümayəndə heyətlərinin Mayamidə görüşünü təklif edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Onun sözlərinə görə, danışıqlarda Avropa ölkələri də iştirak edə bilər, amma əvvəlcə keçirilmiş görüşün nəticələri qiymətləndirilməlidir. O, həmçinin vurğulayıb ki, Ukraynada seçkilərin vaxtını və formatını Rusiya müəyyən edə bilməz və işğal altındakı ərazilərdə səsvermə olmayacaq.
