00:00:00
Yazar
Admin User
18.04.2025 17:07 241 1 dəq oxuma
Dünya

ABŞ əsgərləri Suriyada 3 hərbi məntəqəni boşaldıb

ABŞ əsgərləri Suriyada 3 hərbi məntəqəni boşaldıb

ABŞ ordusu Suriyanın şimal-şərqində terror təşkilatı PKK/YPG-nin işğal etdiyi ərazilərdə yerləşən 3 kiçik miqyaslı hərbi məntəqəni boşaldıb və digər bazalarına çəkilib.

 


ABŞ əsgərləri Hasəkə şəhər mərkəzinin ətrafında yerləşən Hadra və Fırat kəndlərindəki üç kiçik hərbi məntəqəni və Deyr əz-Zor vilayətində Koniko və Ömər qaz yataqlarını boşaldıb və əsas bazalarına çəkiliblər. Həsəkədə olan əsgərlər və onların texnikası eyni vilayətin Rmeylan rayonundakı bazaya, Deyr əz-Zordakı əsgərlər isə Koniko qaz yatağındakı bazaya geri çəkilib.


2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatının başlaması ilə ABŞ əməliyyat bölgəsindəki bir çox bazasını tərk edərək, neft və qaz yataqlarına cəmləşib.
ABŞ qüvvələri hazırda Fəratın şərqindəki Həsəkə, Rakka və Deyr əz-Zor əyalətlərində və Hələb əyalətinin Aynularab (Kobani) rayonunda AA-nın müəyyən etdiyi 21 baza və hərbi məntəqədə mövcuddur.

 

 


Mənbə:CNN Türk
Əminə Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər