ABŞ Suriyada İŞİD-ə qarşı “genişmiqyaslı” zərbə həyata keçirib
ABŞ Suriyada İŞİD-ə qarşı “genişmiqyaslı zərbə” endirib.
ABŞ Mərkəzi Komandanlığı döyüş təyyarələri, hücum helikopterləri və artilleriya ilə mərkəzi Suriyada 70-dən çox hədəfin vurulduğunu bildirib.
Əməliyyatda 100-dən artıq dəqiq idarə olunan sursatdan istifadə edilib.
Zərbə Palmira şəhərində iki ABŞ əsgəri və bir mülki tərcüməçinin öldürüldüyü hücuma cavab olaraq həyata keçirilib.
Prezident Donald Tramp İŞİD mövqelərinə çox sərt cavab verildiyini deyib.
Əməliyyat “Hawkeye Strike” adı ilə cümə günü başladılıb.
İnsan Hüquqları üzrə Suriya Müşahidə Mərkəzi azı beş İŞİD üzvünün öldürüldüyünü açıqlayıb.
ABŞ müdafiə naziri bunun müharibənin başlanğıcı yox, qisas olduğunu vurğulayıb.
BBC
Fidan Ağayeva
