ABŞ tarixində ilk: Tramp məhkəməyə çıxacaq
Məxfi dövlət sənədlərini gizlətməkdə ittiham olunan Tramp hakim qarşısına çıxacaq.
İnformator.az NTV-yə istinadən xəbər verir ki, ABŞ tarixində ilk dəfə olaraq keçmiş Amerika prezidenti federal iş üzrə hakim qarşısına çıxacaq.
Tramp məxfi dövlət sənədlərini gizlətməkdə ittiham olunur. Ona qarşı 37 ittiham irəli sürülüb. Tramp ona qarşı irəli sürülən ittihamların siyasi əsaslı olduğunu bildirib.
