ABŞ və Çin arasında təyyarə krizi
ABŞ Müdafiə Nazirliyi Pentaqon şənbə günü Çin döyüş təyyarəsinin Cənubi Çin dənizi üzərində ABŞ kəşfiyyat təyyarəsinin yaxınlığında uçuş həyata keçirdiyini bildirib. Pentaqon həmin hadisənin görüntülərini də yayıb.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, Çinə məxsus təyyarəniin manevri ABŞ-ın qırıcı təyyarəsinin quyruq turbulentliyinə səbəb olub.
Pentaqon tərəfindən bildirilib ki, Amerika təyyarəsi "beynəlxalq hüquqa uyğun olaraq təhlükəsiz və müntəzəm əməliyyatlar həyata keçirib", - deyə qeyd edilib.
Çin isə ABŞ-ı regionda apardığı hava və dəniz tədqiqatları ilə milli təhlükəsizliyini təhlükə altına almaqda ittiham edir.
Fatima
