00:00:00
Yazar
Admin User
18.12.2025 18:18 87 1 dəq oxuma
Dünya

ABŞ vətəndaşlıqdan çıxarma praktikasını genişləndirməyi planlaşdırır

ABŞ vətəndaşlıqdan çıxarma praktikasını genişləndirməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp administrasiyası sonradan vətəndaşlıq almış şəxslərin vətəndaşlıqdan çıxarılması işlərini artırmağı planlaşdırır; 2026-cı ildən etibarən ayda 100–200 işin Ədliyyə Nazirliyinə göndərilməsi nəzərdə tutulur. Federal qanunvericiliyə görə bu, yalnız saxta məlumat vermə kimi məhdud hallarda mümkündür, lakin immiqrasiya siyasətinin sərtləşdirilməsi müraciət zamanı səhv edən şəxslər üçün risk yarada bilər.

 

Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-də sonradan vətəndaşlıq almış şəxslərlə bağlı qaydaların sərtləşdirilməsi rəsmi olaraq qanuna əməl olunması tələbindən irəli gəlir:

 

“Qanunvericiliyə görə vətəndaşlıq yalnız ciddi hallarda - məsələn, sənədlərdə saxtakarlıq aşkar ediləndə ləğv oluna bilər. Bu işlərin sayının artırılması isə onu göstərir ki, hakimiyyət miqrasiya mövzusuna daha detallı yanaşmaq istəyir. Eyni zamanda, bu addım daxili siyasət üçün də mesaj xarakteri daşıyır. Tramp administrasiyası bu yolla sərhədlərə və qanunlara nəzarətin gücləndirildiyini göstərmək niyyətindədir. Böyük ehtimalla bu məsələ ABŞ-nin xarici münasibətlərinə ciddi təsir göstərməyəcək və daha çox daxili siyasət mövzusu olaraq qalacaq”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər