00:00:00
Yazar
Admin User
09.09.2025 15:00 124 1 dəq oxuma
İdman

AFFA-da Yüksək Qızlar Liqasında iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb

AFFA-da Yüksək Qızlar Liqasında iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. 

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, iclasda 2025/2026-ci illər mövsümündə AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

 

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıda adları sadalanan klublara AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziyanın verilməsi qərarını qəbul edib:

 

"Liman", "Sabah", "Şəfa", "Təhsil 8", "Ümid" , "Zaqatala".

 

Bununla da 2025/2026-cı illər mövsümündə Yüksək Qızlar Liqası yarışlarında çıxış edəcək klubların sayı 12 olaraq tamamlanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər