00:00:00
Yazar
Admin User
21.04.2025 16:32 188 1 dəq oxuma
Dünya

Aİ metan emissiya qaydalarını dəyişməyə çalışıb

Aİ metan emissiya qaydalarını dəyişməyə çalışıb

 

Reuters-in mənbələrə istinadən verdiyi məlumata görə, Avropa İttifaqı ABŞ-dən maye təbii qaz idxalını artırmaq məqsədilə bu ölkənin ixracatçılarının metan emissiya qaydalarına əməl etməsini asanlaşdıracaq yolları nəzərdən keçirib. Bu addım, Aİ-nin ABŞ ilə mümkün ticarət münaqişəsinin qarşısını allmaq cəhdlərinin bir hissəsi kimi qiymətləndirilib.

 

Mənbələrin bildirdiyinə görə, Avropa Komissiyası metanla bağlı mövcud qaydaların tətbiqində müəyyən çeviklik imkanlarını araşdırıb. Lakin komissiyanın sözçüsü, ABŞ ixracatçılarına fayda verə biləcək metan qanunvericiliyindəki mümkün dəyişiklikləri şərh etməkdən imtina edib. O sadəcə olaraq qeyd edib:

 

"Komissiya qanunvericiliklə bağlı bütün müvafiq məsələlər üzrə sənaye nümayəndələri ilə davamlı dialoq aparır".

 Reuters əlavə edib ki, 2024-cü ildən etibarən Aİ neft və qaz idxalçılarına həmin idxalla bağlı metan emissiyalarını izləməyimvə hesabat verməyi tələb edib. Bundan əvvəl, ABŞ prezidenti Donald Tramp, Aİ ölkələri də daxil olmaqla, bütün idxal mallarına 10%-ə qədər rüsum tətbiq etmək niyyətində olduğunu bəyan edib.

 

TASS

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər