Aİ ölkələrindən yeni qərar: Rusiyaya qarşı yeni sanksiyalar gəlir
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
İnformator.az qərb mediasına istinadən xəbər verir ki, Aİ rəhbəri İsveçin rəsmi sosial media hesabından bu gün Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı 11-ci sanksiya paketi ilə bağlı razılığa gəldiklərini bildirib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen “11-ci sanksiya paketimizlə bağlı siyasi razılaşmanı alqışlayıram” deyə yeni qərarı şərh edib.
Sanksiyaların əlavə ixrac məhdudiyyətləri ilə Rusiya prezidenti Vladimir Putinin “döyüş maşını”na daha bir zərbə vuracağını bildirən fon der Leyen Kremlə dəstək verən qurumların da hədəf alındığını vurğulayıb.
Qeyd edək ki, yeni sanksiyalar paketinin təfərrüatları hələlik paylaşılmayıb.
Şəbnəm
