Aİ uşaqları qorumaq üçün Meta-dan tədbirlər görməyi xahiş edir
Avropa İttifaqı (Aİ) Facebook, Instagram və WhatsApp-ın sahibi Meta şirkətinin uşaqları könüllü müdafiə etmək üçün bir mexanizm işləmədiyini bildirib.
İnformator.az xəbər verir ki, Meta-nın 25 avqustdan sonra Aİ Rəqəmsal Xidmətlər Aktı çərçivəsində daha sərt tədbirlər görməli olduğunu xatırladan Aİ-nin cavabdeh nümayəndəsi Breton şirkətin "ağır sanksiyalar"la üzləşəcəyinə diqqət çəkib.
Yeni Aİ qanununa əsasən, rəqəmsal platformalar daha sərt qaydalara tabe olacaq və Aİ tərəfindən ciddi şəkildə tənzimlənəcək. Qaydaları pozan rəqəmsal platformalar üçün onların qlobal dövriyyəsinin 6 faizinə qədər cərimələr tətbiq oluna bilər.
Sayad