00:00:00
Yazar
Admin User
16.08.2023 18:36 356 1 dəq oxuma
Sosial

AİLƏ ŞƏHİDİN QUBADLIDA OLAN MƏZARINA 27 İL SONRA QOVUŞDU

AİLƏ ŞƏHİDİN QUBADLIDA OLAN MƏZARINA 27 İL SONRA QOVUŞDU

  “İgid ölər adı qalar”. Bu igidlərdən biri də Arif Ələkbərovdur. O, 1-ci Qarabağ müharibəsi şəhididir. Vəfatının 30 ili tamam olur.

  Uzun müddət Rusiyada yaşayan Arif Ələkbərov 1-ci Qarabağ müharibəsi zamanı vətəninə qayıdaraq könüllü döyüşlərə qatılır. Qubadlı və Zəngilan uğrunda gedən döyüşlərdə igidliklə vuruşur. Avqustun 17-si Laçının Səfiyan kəndində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Şəhid Ələkbərov Arifin döyüş yoldaşı Ramin Cəfərovun sözlərinə görə, çətin vəziyyətə baxmayaraq Arif çox cəsur döyüşçü olub.

  Şəhid Arif Ələkbərov Qubadlıda dəfn olunub. 1993-cü ildə Ermənistan silahlı qüvvələri Qubadlını işğal etdikdən sonra ailə üzvləri tək təsəlliləri olan məzardan da məhrum olublar. Şəhidin oğlu “Aprel döyüşləri”, Vətən Müharibəsi iştirakçısı olan Əlikram Ələsgərli deyir ki, 27 il atasının məzarına qovuşmağın həsrəti ilə yaşayıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər