00:00:00
Yazar
Səadət Əlizadə
16.10.2026 14:43 30 1 dəq oxuma
Sosial

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edib

 

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edib

Oktyabrın 16-da Baş prokuror Kamran Əliyev Bakı şəhəri Səbail rayon prokurorluğunun inzibati binasında Səbail rayonundan olan vətəndaşları qəbul edib.

 

"İnformator.az" xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, qəbuldan əvvəl inzibati binada Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib.

 

Qəbulda iştirak edən 27 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib

#səbail #qəbul #baki #rayonunda #vətəndaşları
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər