00:00:00
Yazar
Admin User
06.06.2023 19:12 338 1 dəq oxuma
Dünya

Alimlərdən havada karbon qazının səviyyəsinin sürətlə artması ilə bağlı XƏBƏRDARLIQ

Alimlərdən havada karbon qazının səviyyəsinin sürətlə artması ilə bağlı XƏBƏRDARLIQ

ABŞ-da elm adamları may ayında havadakı karbon qazı səviyyəsinin "milyonlarla il ərzində görünməmiş yüksək səviyyəyə" çatdığını bildirib.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) və Kaliforniyadakı Skripps Okeanoqrafiya İnstitutunun alimləri ölçülən karbon qazının səviyyəsinin ən yüksək səviyyəyə çatdığını ifadə edib. Alimlər Şimal yarımkürəsində karbon qazının səviyyəsinin 2022-ci ilin may ayı ilə müqayisədə artdığını və bu yüksəlişin “sabit şəkildə davam etdiyi” məlumatını paylaşıblar.

 

Atmosferdəki karbon dioksid səviyyəsinin birbaşa insan fəaliyyəti nəticəsində artdığını qeyd edən NOAA administratoru Rik Spinrad “Hər il baş verən istilik dalğalarında, quraqlıqda, daşqınlarda, meşə yanğınlarında və fırtınalarda iqlim dəyişikliyinin təsirlərini görürük" deyib.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər