00:00:00
Yazar
Admin User
16.06.2025 14:07 183 1 dəq oxuma
İdman

Almaniya klubu "Seltik"in yarımmüdafiəçisini transfer etməkdə maraqlıdır

Almaniya klubu "Seltik"in yarımmüdafiəçisini transfer etməkdə maraqlıdır

Almaniyanın "Leyptsiq" klubu "Seltik"in (Şotlandiya) yarımmüdafiəçisi Nikolas Künü transfer etmək istəyir.


"İnformator.az"  "The Scottish Sun"a istinadən xəbər verir ki, 25 yaşlı almaniyalı futbolçu da Bundesliqa təmsilçisinə keçməkdə maraqlıdır.

 

Futbolçu 2024/2025 mövsümündə "Seltik"in heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 21 qola və 15 məhsuldar ötürməyə imza atıb.


Qeyd edək ki, N.Künün klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 12 milyon avro qiymətləndirir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər