Almaniyada Biontech məhkəməsinin ilk iclası ləğv edildi
Almaniyada bir tibb işçisinin alman biotexnologiya şirkəti Biontech-ə qarşı Hamburq Əyalət Məhkəməsində KOVID-19 peyvəndinin yan təsirləri olduğu iddiası ilə açılan iddianın ilk iclası ləğv edilib.
İnformator.az Alman mətbuatına istinadən xəbər verir ki, məhkəmənin sözçüsü iddiaçının vəkilinin imtina tələbi ilə ilk iclasın ləğv edildiyini açıqlayıb.
Peyvənddən sonra bədənin yuxarı hissəsində ağrı, qol və ayaqlarda şişlik, yorğunluq, yuxu pozğunluğu kimi əlamətlərin ortaya çıxdığını iddia edən tibb işçisi peyvəndin vurduğu zərərə görə 150 min avro təzminat tələb edib.
İddiaçı, həmçinin müəyyən edilməmiş maddi ziyana görə kompensasiya tələb edib.
BioNTech isə iddiaları araşdırdıqdan sonra onları əsassız bilib və işə xitam verilməsini istəyib.
