Almaniyada yeni koalisiya hökumətinin prioritetləri nələrdir?
Almaniyanın siyasi gələcəyinə yön verəcək koalisiya razılaşması, Xristian Demokratlar (CDU/CSU) ilə Sosial Demokratlar (SPD) arasında həftələrlə davam edən çətin danışıqlardan sonra formalaşıb.
Xristian Demokratların lideri Fridrix Mersin kanslerliyi ilə qurulması gözlənilən yeni hökumət, miqrasiya siyasətində radikal dəyişikliklər müəyyənləşdirib və iqtisadiyyatdan xarici siyasətə, müdafiəyə qədər bir çox sahədə iddialı addımlar atmağa hazırlaşır. Təxminən bir ay yarım davam edən danışıqlardan sonra qəbul edilən koalisiya razılaşması, qarşıdakı bir neçə həftə ərzində partiyaların müvafiq qərar orqanlarında səsə qoyulacaq.
Bütün partiyaların razılıq verməsi halında koalisiya müqaviləsinin 5 may tarixində rəsmi olaraq imzalanması, Fridrix Mersin isə 6 mayda parlamentdə keçiriləcək səsvermə ilə kansler seçilməsi gözlənilir.
Mənbə:BBC
Ətirə İbayeva