Alyaska görüşü: Tokayev Putini təbrik edib
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
"İnformator.az" xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
“Dövlət başçısı rusiyalı həmkarını Ankoricdə ABŞ Prezidenti Donald Trampla görüşünün yekunu münasibətilə təbrik etdi”.
Bildirilib ki, Tokayev sammiti Rusiyanın dünya miqyasında mövqeyinin möhkəmləndirilməsində sıçrayış adlandırıb.