Amazonun qurucusu nişanlandı
“Amazon”un qurucusu və 127 milyard dollarlıq sərvətlə dünyanın üçüncü ən varlı adamı Ceff Bezos sevgilisi Lauren Sançezlə nişanlanıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ikili Kann kinofestivalına qatılmaq üçün Fransaya gedib. Ötən gün axşam saatlarında otellərinə daxil olarkən görüntülənən cütlüyün fotoları yayılıb. Bu zaman Sançezin ürək formalı üzük taxması marağa səbəb olub.
Qeyd edək ki, Ceff Bezos və Lauren Sançezlə 2019-cu ildən bəri birlikdədir.
Bezosun 25 illik evli qaldığı və 4 övladı olan keçmiş həyat yoldaşı Makkenzi Skottdan ayrılmasına səbəb məhz Sançez olduğu bilinir.
Sayad
