Amerika merindən evsizlik probleminə soyuqqanlı bir həll
ABŞ-nin Kaliforniya ştatının Lancaster şəhərinin meri Rex Parris evsizliyə qarşı mübarizədə verdiyi açıqlamalarla ictimaiyyətin böyük əks-sədasına səbəb olub.
Respublikaçı Parris şəhər şurasının iclasında evsizlik problemini həll edərkən aşağıdakı fikirləri söylədi:
"Mən onlara pulsuz fentanil verməkdən başqa bir şey istəmirəm. Onlara istədikləri qədər fentanil vermək istəyirəm".
Bu şərhlər bir vətəndaşın evsiz insanların keçmiş qolf meydançasına toplaşmasının nə qədər “insani” olduğunu soruşduqdan sonra edilib.
Parris həmçinin federal hökumətdən ərazini evsiz insanların "təmizləmək" üçün dəstək aldığını söylədi.
Yığıncaqda iştirak edən bir şəhər sakini bu yanaşmanı tənqid edərək, “Bu, mehriban deyil”,-şərhini verib.
Cümə günü Fox televiziyasına danışan Parris sözlərinə görə peşman olmadığını deyib:
"Kömək almaqdan boyun qaçıran və cinayət törədən evsizlərdən danışdım. Onların əksəriyyəti həbsxanadan çıxan insanlardır. Oğurluq, zorlama və qətllərin əksəriyyətinin məsuliyyəti onlardır".
Lakin Parris bu iddiaları heç bir statistika ilə dəstəkləmədi. O, sözlərini hərfi mənada qəbul edəcəyini gözləmədiyini də əlavə edib.
Təkcə ABŞ-də 2023-cü ildə 107 543 nəfər həddindən artıq dozadan öldü. Bunlardan 74 702 ölüm fentanil kimi sintetik opioidlər səbəbindən baş verdi. Son 10 ildə 450 mindən çox amerikalının həyatını itirdiyi, milyonlarla insanın bu maddələrə aludə olduğu bildirilir.
Keçmiş prezident Donald Tramp daha əvvəl fentanilin hazırlanmasında istifadə edilən inqrediyentlərin Çindən gəldiyini iddia edərək məsələni ticarət müharibəsinə çevirmişdi. ABŞ administrasiyası bu məsələ ilə bağlı Meksika və Kanadanı da gömrük rüsumları ilə hədələyib.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli