00:00:00
Yazar
Admin User
20.06.2023 09:37 291 1 dəq oxuma
Dünya

Amerikada təyyarələr toqquşdu

Amerikada təyyarələr toqquşdu

Amerikanın Boston Loqan hava limanında Delta Hava Yollarına məxsus sərnişin təyyarəsi United Airlines təyyarəsinin sol qanadına çırpılıb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Amerikanın Massaçusets ştatındakı Boston Loqan hava limanında Delta Hava Yollarına məxsus Airbus A321 sərnişin təyyarəsi Nyuark reysinə hazırlaşan United Airlines-a məxsus Boeing 737 MAX tipli təyyarənin sol qanadına çırpılıb. Federal Aviasiya Administrasiyasının verdiyi açıqlamada qəzada xəsarət alan olmadığı və hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib. 

 

Qeyd edək ki, qəzadan sonra təyyarələrdən endirilən sərnişinlər başqa reyslərə yönləndirilib.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər