Angela Merkel mükafata layiq görüldü
Almaniyanın keçmiş kansleri Angela Merkel Şimali Reyn-Vestfaliya ştatı tərəfindən dövlət mükafatına layiq görülüb.
İnformator.az CNNə istinadən xəbər verir ki, Şimali Reyn-Vestfaliya ştatında ən yüksək xidmət mükafatı olan Stadtspreis adlı dövlət mükafatına layiq görülən Merkel mükafatı ştatın kansleri Hendrik Vüstdən təqdim edib. "O, alman xalqının rifahı naminə yorulmaz öhdəliyinə, görkəmli humanitar nailiyyətlərinə və Almaniyanın dünyadakı nüfuzuna verdiyi qeyri-adi töhfəyə görə fəxr edir", - deyə Vüst Merkel söyləyib.
Kölndə keçirilən mükafatlandırma mərasimində çıxış edən Merkel Şimali Reyn-Vestfaliya əyaləti ilə ayrılmaz şəkildə bağlı olduğunu vurğulayaraq “1990-cı illərdə Bonnda deputat və nazir kimi yaşadığımdan bəri bu ştatla ayrılmaz şəkildə bağlıyam. Bonn mənim üçün bir iş yerindən daha çox idi. Mən orada yaşamaqdan həzz alırdım”, - deyə Merkel mükafatın pulunu, eləcə də dövlət mükafatını Köln şəhərindəki xeyriyyə təşkilatına bağışlayacağını bildirib.
Fatima
