00:00:00
Yazar
Admin User
21.12.2025 09:53 79 1 dəq oxuma
Dünya

Ankara merinə qarşı istintaq tədbirlərinin başladılmasına icazə verilib

Ankara merinə qarşı istintaq tədbirlərinin başladılmasına icazə verilib

Türkiyə Daxili İşlər Nazirliyi Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş barəsində istintaq tədbirlərinin başladılmasına icazə verib.

 

“İnformator.az” bu barədə “Sabah” qəzetinə istinadən xəbər verir.

 

Bildirilir ki, Nazirlik Mansur Yavaşdan savayı, Ankara bələdiyyə məclisinin 38 üzvü barəsində də məhkəmə qərarlarını yerinə yetirməmək və vəzifələrindən sui-istifadə etməklə vətəndaşlara çətinlik yaratmaq ittihamları ilə istintaq başlatmağa icazə verib.

 

Bu qərar Ankaranın Gölbaşı rayonunun İncek məhəlləsindəki 90 hektar ərazidə yenidənqurma planı ilə bağlı illərdir davam edən hüquqi və inzibati mübahisələrdən sonra verilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər