00:00:00
Yazar
Elmira Ağayeva
07.07.2026 17:59 32 2 dəq oxuma
Siyasət

“Ankara sammiti ABŞ ilə Avropanı yenidən yaxınlaşdıracaq?”-ŞƏRH

“Ankara sammiti ABŞ ilə Avropanı yenidən yaxınlaşdıracaq?”-ŞƏRH

Avropa ölkələri 7-8 iyul tarixlərində Ankarada keçiriləcək 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsində ABŞ Prezidenti Donald Trampla münasibətləri bərpa etməyi hədəfləyirlər. Trampın Qrenlandiyanı işğal etməklə bağlı təhdidləri və İranla müharibədə Avropa müttəfiqlərindən istədiyi dəstəyi almadığı təqdirdə NATO-dan çıxa biləcəyi ilə bağlı təklifi Vaşinqtonla Brüssel arasında gərginlik yaradıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Trampın NATO ilə ciddi fikir ayrılıqları mövcud olsa da, Vaşinqtonun qurumdan uzaqlaşması gözlənilmir:

 

“Bu ayrılıqlar həm Qrenlandiya məsələsindən, həm də Yaxın Şərqdə İranla olan müharibə fonunda müttəfiqlərdən kifayət qədər hərbi dəstək ala bilməməsindən qaynaqlanır. Buna baxmayaraq, ABŞ-nin sürətlə NATO-dan uzaqlaşması və ya qurumu tərk etməsi barədə fikirləri bu gün üçün ciddi qəbul etmək doğru deyil.Çünki ABŞ  yaxşı anlayır ki, gələcəkdə onları daha mürəkkəb qlobal vəziyyət gözləyir. Belə bir situasiyada avropalı müttəfiqləri itirmək ABŞ-nin zərərinə olar. Son illərdə ABŞ silahlı qüvvələrinə güvənən Avropa ölkələri ümumi daxili məhsuldan (ÜDM) hərbi xərclərə ayrılan payı kifayət qədər azaldıblar. Bu gün Trampın avropalı müttəfiqlərindən əsas tələblərindən biri də məhz bu xərclərin artırılmasıdır. Bu istiqamətdə müəyyən bir razılaşmanın əldə olunacağını düşünürəm. Hətta Ankarada keçiriləcək NATO sammitinin ilk günündə üzv ölkələr arasında qarşılıqlı müqavilələrin imzalanması gözlənilir. Bu çərçivədə müdafiə sənayesi sahəsində təxminən 250 milyard dollar civarında hərbi əməkdaşlıq sazişlərinin bağlanacağı ehtimal edilir. NATO-nun baş katibi də bir müddət əvvəl etdiyi açıqlamada bu məqama toxunub”.

 

Ekspert builki sammitin həm də növbəti beşilliyin yol xəritəsini müəyyən edəcək qədər əhəmiyyət daşıdığını vurğulayıb:

 


“Hesab edirəm ki, NATO-nun 56-cı zirvə toplantısı qurumun tarixində çox mühüm qərarlarla yadda qalacaq. Çünki hazırda həm ənənəvi, həm də yeni nəsil təhlükələrin artdığı bir dövrdən keçirik. Bura Rusiya təhdidi, Yaxın Şərqdə yaşanan proseslər, Uzaq Şərqlə bağlı risklər, eləcə də süni intellekt və rəqəmsal transformasiyadan doğan yeni çağırışlar daxildir. Bütün bu amilləri nəzərə alsaq, bu sammit nəinki son onilliyin, həm də növbəti beşilliyin ən mühüm zirvə toplantılarından biri olacaqdır”.

 

Siyasi şəhrçinin sözlərinə görə, bəzi gərginlik iddialarına baxmayaraq, builki sammit üzv dövlətlərin tam birliyi ilə yaddan qalacaq:

 

“Əvvəlki sammitlərdən fərqli olaraq, bu dəfə NATO daxilində ciddi fikir ayrılıqlarının - yəni "çatlaq səslərin" şahidi olmayacağıq. Mən ABŞ ilə onun avropalı müttəfiqləri arasında hər hansı bir böhranın yaşanacağı qənaətində deyiləm. Əksinə, NATO bu sammit vasitəsilə daha güclü bir həmrəylik və birlik nümayiş etdirəcək. Bu məqamlar 56-cı zirvə toplantısının sonunda qəbul olunacaq rəsmi sənədlərdə də özünü göstərəcəkdir”.

 

Zəri Bayramlı

#NATO #Ankarasammiti #ABŞ #Avropa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər