Antalyada Qəzza toplantısı!
Antalyada keçirilən Qəzza ilə bağlı Təmas Qrupu toplantısından sonra çıxış edən xarici işlər naziri Hakan Fidan deyib:
"Biz fələstinliləri vətənlərini tərk etməyə məcbur edən hər hansı planı rədd edirik”.
Xarici işlər naziri Hakan Fidanın çıxışından diqqətçəkən məqamlar belədir:
"İsrailin hücumları dərhal dayandırılmalıdır. Biz daimi sülhün bərqərar edilməsi və iki dövlətli həll üçün addımları müzakirə etdik. Ən qısa zamanda daimi atəşkəs yaradılmalıdır. Qətər, Misir və ABŞ-nin rəhbərlik etdiyi atəşkəs danışıqlarını dəstəkləyirik. Ərəb Liqası vasitəsilə qəbul edilən Qəzzanın yenidən qurulması planını dəstəkləyirik. Biz İsraili fələstinlilərlə barışmağa və atəşkəs elan etməyə çağırırıq”,-dedi.
Mənbə: a haber
Nərmin Həşimova