Aprelin pensiya ödənişləri yekunlaşıb
Azərbaycanda aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, aprelin 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə Azərbaycanın bölgələrində qeydiyyatda olan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.