00:00:00
Yazar
Admin User
26.05.2023 18:19 271 1 dəq oxuma
Dünya

Aralıq dənizində 500-ə yaxın miqrant daşıyan qayıq itdi

Aralıq dənizində 500-ə yaxın miqrant daşıyan qayıq itdi

Aralıq dənizini keçməyə çalışan 500-ə yaxın qanunsuz miqrantın olduğu qayığın itdiyi açıqlanıb.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının Aralıq dənizi Koordinasiya Ofisinin təmsilçisi Flavyo Di Qyakomo Tvitter hesabından paylaşım edərək 500 miqrantı daşıyan və izləri itən qayığın taleyi ilə bağlı hələ heç bir məlumat olmadığını bildirib.

 

Qyakomo itkin düşənlərə izinə düşmək üçün axtarış-xilasetmə fəaliyyətlərinə lazımi dəstəyin verilməsini istəyib.

 

Qeyd edək ki, Avropaya qeyri-müntəzəm miqrasiya axınında Mərkəzi Aralıq dənizi marşrutu son illərdə intensiv hərəkətliliyin müşahidə olunduğu marşrutlardan biri kimi önə çıxır. Hər il çoxlu sayda qeyri-qanuni miqrant Aralıq dənizini keçmək istəyərkən qayığın çevrilməsi, qayıqlarda həddindən artıq sıxlıq, hava və su çatışmazlığı kimi səbəblərdən həyatlarını itirir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər