00:00:00
Yazar
Admin User
11.04.2025 17:09 130 2 dəq oxuma
Dünya

Avropa İttifaqı həll yolu tapmaq istəyir

Avropa İttifaqı həll yolu tapmaq istəyir

Avro Qrupu Prezidenti və İrlandiyanın Maliyyə naziri Paskal Donohoe bildirib ki, ABŞ-nin tarifələrə 90 günlük fasilə verməsi bir fürsət pəncərəsidir və bu müddətdə alternativ həll yolları tapmaq üçün çalışacaqlar.

 

Donohoe, Aİ-nin dövrə başçısı olan Polşanın paytaxtı Varşavada keçirilən Avro Bölgəsi ölkələrinin maliyyə nazirlərinin toplantısına daxil olarkən jurnalistlərə açıqlamalar verib. Bu gün keçiriləcək Avro Qrupu toplantısında qlobal iqtisadiyyatda baş verən dəyişikliklərin müzakirə ediləcəyini deyən Donohoe, ABŞ-nin tətbiq etdiyi tarifələrin Avro Bölgəsinin fəaliyyətinə və hazırda üzərində işlədiyi digər planlara təsirinin ələ alınacağını bildirib. O, Avro Bölgəsinin büdcə, rəqabət gücü, rəqəmsal avro və investisiya birliyi kimi bir çox mühüm layihəsi olduğunu və gündəmdə bir çox dəyişiklik olsa da, bu sahələrdə işlərin davam etdiriləcəyini vurğulayıb. Donohoe qeyd edib ki, Aİ Komissiyası Prezidenti Ursula von der Leyen də ABŞ tarifələri mövzusunda masada bir çox fərqli seçimin olması gərəkdiyini düşünür. O əlavə edib: “İlk növbədə müzakirə etmək, dünyada baş verən hadisələrə uyğun və strateji şəkildə cavab vermək istəyirik". Donohoe bildirib ki, qarşılaşdıqları ticarət problemlərinin həlli üçün doğru yol müzakirədir və Aİ ölkələri bu məsələdə birlikdə hərəkət edəcək. Avro Bölgəsi ölkələrinin nazirlərinin koordinasiyalı bir cavab üçün sıx əməkdaşlıq etdiklərini bildirən Donohoe, ABŞ-də baş verə biləcək ticarət inkişaflarına zamanında və uyğun şəkildə cavab veriləcəyini deyib. O, ABŞ-nin tariflərə 90 gün ara verməsi ilə bağlı isə belə deyib: “Hazırda yaşanan bu fasiləni məmnuniyyətlə qarşılayırıq, çünki bu, bizə bir fürsət pəncərəsi təqdim edir. İndi bu 90 günü ABŞ ilə konstruktiv şəkildə ünsiyyətdə olmaq və alternativ bir yol üzrə danışıqlar aparmaq üçün istifadə edəcəyik", – deyən Donohoe, aşağı artım və yüksək inflyasiya kimi risklərdən qaçmağın vacibliyini də vurğulayıb. O, “Qarşıdakı həftələri ABŞ ilə konstruktiv münasibətlər qurmaq və bu ticarət gərginliyinin mərkəzində olan problemlərə yaxşı bir həll tapmaq üçün istifadə edəcəyik", – deyə əlavə edib. Dünən isə Aİ Komissiyası Prezidenti Ursula von der Leyen, ABŞ Prezidenti Donald Trump-ın Çin xaricindəki ticarət tərəfdaşlarına yönəlik əlavə tarifləri 90 gün müddətinə dayandırdığını açıqlamasının ardından danışıqlara bir şans vermək istədiklərini söyləyərək belə demişdi: “Üzv ölkələrimizin güclü dəstəyini gördüyümüz Aİ-nin qarşı tədbirlərinin qəbulunu tamamlayarkən, bu tədbirləri 90 gün müddətinə dayandıracağıq".

 

TRT HABER
Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər