Avropa İttifaqı məhkəməsinin Metayla bağlı qərarı açıqlandı
Avropa İttifaqı (Aİ) məhkəməsi Aİ Komissiyasının rəqabət araşdırmaları üçün Meta-dan mühüm məlumatlar tələb etməsinin qanuni olduğuna qərar verib.
İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, Aİ məhkəməsi Facebook, İnstagram və WhatsApp-ın sahibi Metanın məlumat sorğuları səbəbilə Aİ Komissiyasına qarşı qaldırdığı iddia ilə bağlı qərar verib. Məhkəmə Metanın Aİ Komissiyasının axtarış şərtləri ilə müəyyən edilmiş sənədləri açıqlamaq tələbinə qarşı iddiasını rədd edib.
Qeyd edək ki, Aİ Komissiyası Facebook məlumatları və Marketplace ilə bağlı araşdırmalarının bir hissəsi olaraq Meta-dan əhəmiyyətli miqdarda məlumat tələb edib. Bu vəziyyətdən narazı olan Meta məlumatları təqdim etməmək üçün Aİ Komissiyasını məhkəməyə verib.
Bu mərhələdən sonra qərar qanuniliyin yoxlanılması üçün Avropa Ədalət Məhkəməsinə verilə bilər.
Nigar
