Avropa İttifaqı: Ukraynada su anbarına hücum müharibə cinayətidir
Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel Ukraynanın cənubunda bəndin bombalanması ilə bağlı sosial şəbəkədə açıqlama verib.
İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, Kaxovka su anbarına gözlənilməz hücumdan təsirləndiyini bildirən Mişel mülki infrastrukturların məhv edilməsinin müharibə cinayəti olduğunu vurğulayıb. O, bu məsələnin Aİ Liderlər Zirvə toplantısında gündəmdə olacağını, buna görə Rusiya və birlikdə hərəkət edənləri məsuliyyətə cəlb ediləcəklərini ifadə edib.
Çarlz Mişel iyunun 29-30-da keçiriləcək Aİ Liderlər Zirvə toplantısında bu məsələni qaldıracağını və daşqın xəbərdarlığının verildiyi bölgəyə daha çox yardım göndərilməsini təklif edəcəyini açıqlayıb.
